NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 iyun, AZƏRTAC
NATO ölkələrinin liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləyib və qısa Zirvə toplantısından sonra bir-birlərini hücumdan müdafiə etməyə sadiq olduqlarını təsdiq ediblər.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın tələbinə və Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın narahatlığına cavab olaraq, NATO-ya üzv dövlətlər müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-nin 5 faizinə çatdırılması barədə qısa bəyanatı təsdiqləyib.
Bəyanatda deyilir: “Biz Vaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit edildiyi kimi, kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyir və bildiririk ki, üzv dövlətlərin birinə hücum hamıya edilən hücum kimi qiymətləndirilir”.
Donald Tramp çərşənbə axşamı bu bəndin “çox təyinatının” olduğunu söyləməklə digər ölkələr arasında narahatlığa səbəb olub. Lakin ABŞ Prezidenti sammitin açılışına az vaxt qalmış NATO üzvü olan həmkarları haqqında deyib: “Biz sonuna qədər onlarlayıq”.
Sənəddə qeyd olunub ki, NATO ölkələri “təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verən Ukraynanı dəstəkləmək üçün davamlı suveren öhdəliklərini bir daha təsdiqləyir”. Bununla bağlı bəyanatda bildirilib ki, Alyansa üzv ölkələr “müttəfiq ölkələrin müdafiə xərclərini müəyyən edərkən Ukraynanın müdafiəsinə və onun müdafiə sektoruna birbaşa töhfələr verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 İyun 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















