NATO Parlament Assambleyası Ukraynanın Alyansa üzvlüyünün sürətləndirilməsini tələb edən qətnamə qəbul edib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiyev, 26 noyabr, AZƏRTAC
NATO Parlament Assambleyasının plenar iclasında Alyansa üzv ölkələri Ukraynanın tezliklə tamhüquqlu üzvlük əldə etməsini dəstəkləməyə çağıran qətnamə qəbul edilib.
Bu barədə AZƏRTAC qətnamənin mətninə istinadla xəbər verir.
“Assambleya Alyansa üzv ölkələrin hökumətlərini və parlamentlərini Ukraynanın dəvət almasına və bu ölkənin mümkün qədər tez bir vaxtda NATO-nun 33-cü üzvü olmasına kömək etmək üçün siyasi və praktiki səyləri gücləndirməyə çağırır”, - deyə sənəddə qeyd olunur.
Qətnamə müəllifləri Ukraynaya hərbi, maliyyə və humanitar yardımın gücləndirilməsinin vacibliyini qeyd edirlər. Xüsusilə, söhbət döyüş sursatı və müasir silah sistemlərinin vaxtında çatdırılmasından gedir.
Bundan əlavə, Assambleya üzvləri Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları gücləndirməyə çağırıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Baxış sayı:111
Bu xəbər 26 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















