NATO: Rusiyanın yeni silah sistemləri Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Rusiyanın yeni nəsil “Burevestnik”, “Oreşnik” və “Poseydon” silah sistemləri NATO-nun müdafiə imkanlarını ciddi şəkildə çətinləşdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Die Welt” qəzetinin əldə etdiyi Alyansın kəşfiyyat hesabatında bildirilir.
Hesabatda “Burevestnik”in 900 km/saatdan artıq sürətə və yüksək manevr qabiliyyətinə malik olduğu, həmçinin mobil buraxılış sistemləri sayəsində aşkarlanmasının çətinləşdiyi qeyd olunur. NATO mütəxəssisləri qanadlı raketin uçuş məsafəsini Alyansın mövcud müdafiə sxemləri üçün ən böyük problemlərdən biri kimi qiymətləndirirlər.
Qərb ekspertlərini narahat edən digər sistem “Oreşnik”, həm texniki xüsusiyyətlərindəki qeyri-müəyyənlik, həm də nüvə də daxil olmaqla müxtəlif döyüş başlıqları daşımaq imkanı ilə seçilir. Hesabatda bildirilir ki, bu raket Avropanın istənilən nöqtəsini vura bilər.
Sənəddə xüsusi diqqət “Poseydon” sualtı aparatlarına yönəldilir. Bu qurğuların böyük dərinliklərdə uzun müddət aşkarlanmayaraq hərəkət etməsi NATO-nun sualtı müşahidə sistemlərini çətin vəziyyətə salır. Qəzet, həmçinin qeyd edir ki, Alyans ölkələri yüksək sürətli və uzaq məsafədən təsir göstərən sualtı qayıq əleyhinə torpedaların çatışmazlığından əziyyət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Noyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















