Icma.az
close
up
RU
NATO tipli Turan ordusuna doğru

NATO tipli Turan ordusuna doğru

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Bu sözləri Prezident İlham Əliyev 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışı zamanı deyib.

Beləliklə, Türk Dövlətləri Təşkilatının (TDT) hərbi güc mərkəzinə çevrilməsi ilə bağlı da ilk addım atılıb. Türk ölkələrinin mütəmadi hərbi təlimlərlə daha da güclənəcəyi və orduların inteqrasiyası proqnozlaşdırılır. Gələcək perspektivdə isə bu həm də NATO tipli Turan ordusu deməkdir. Bəlkə də illərdir xəyalı qurulan ordunun qurulmasına gedən doğru gedən proseslərə şahidlik edirik.

Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bütün beynəlxalq platformalarda etdiyi çıxışlar dünya gündəmində ciddi şəkildə müzakirə predmetinə çevrilir:

“Bu da həmin məsələlərin gündəmlə üst-üstə düşdüyünü və regional zərurətdən əmələ gəldiyini göstərir. Cənab Prezident Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə bir çox mühüm mesajlar verdi. Onlardan biri də 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifidir.

Bu təklif bütün türk dünyasının onillərlə arzuladığı nüansdır. Lakin indiyə kimi bu məsələnin həllində müxtəlif problemlər ortaya çıxırdı. Çünki Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Türkiyə və müşahidəçi qismində olan Macarıstan isə NATO-ya daxildir.

Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür. Ancaq düşünürəm ki, Prezident İlham Əliyevin türk dövlətlərini hərbi təlimlərə dəvət etməsi məhz bu məsələlərə hesablanmış amillərdən biri kimi dəyərləndirilməlidir”.

Ekspert qeyd edib ki, hərbi təlimlər həm də hərbi gücün nümayişidir:

“Türk Dövlətləri Təşkilatının üzvlərinin birgə hərbi təlimlər keçirməsi bu təşkilatın regional obrazının dəyişilməsinə və qlobal təsir imkanları qazanmasına səbəb olacaq. Hesab edirəm ki, belə təlimi keçirməklə bunun bünövrəsini qoya bilərik. Çünki hər bir dövlətə öz bölgəsində kifayət qədər ciddi uğur qazanmış lider rəhbərlik edirdi.

Məsələn, Azərbaycan Cənubi Qafqazın geosiyasi iradə sahibidir. Türkiyə regional oyunçudan qlobal oyunçuya çevrilib. Bunlar inkarolunmaz faktlardır. Həmçinin, Mərkəzi Asiya ölkələri də kifayət qədər ciddi uğurlar əldə ediblər”.

Bakir Həsənbəylinin sözlərinə görə, “TDT+” formatının yaradılması bu təklifi şərtləndirən amillərdən biri oldu:

“Düşünürəm ki, “TDT+” formatı üzv ölkələrin yalnız iqtisadi deyil, həm də hərbi gücü baxımından daha çox cəlbedicilik yaradacaq. Yəqin ki, növbəti toplantıların birində bu məsələlər də öz həllini tapacaq. Biz türk dövlətlərinin vahid hərbi təlimlərinin şahidinə çevriləcəyik. Bunu “Turan ordusu”na gedən yol kimi də qiymətləndirmək olar”.

Ekspertin fikrincə, Türk Dövlətləri Təşkilatı terrorizmə qarşı da bir mübarizə apara bilər:

“Türk dövlətlərini terrorizm və təhlükəsizliklə bağlı məsələlərdə birgə mübarizə aparması yönündə addımlar atıla bilər. Bununla bağlı birgə Bəyannamənin imzalanması da mümkündür.

Onsuz da Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında ikitərəfli çoxsaylı müqavilələr imzalanıb. Üstəlik, bu təşkilat bəlkə də dünyada yeganə təşkilatdır ki, üzvləri arasında aqressiya və münasibətlərində problem yoxdur. Məsələn, Avropa İttifaqı və KTMT daxilində çox sayda fikir ayrılıqları var.

Lakin Türk Dövlətləri Təşkilatında belə bir nüans yoxdur. Bu təşkilatın yaranmasının əsasını birgə dostluq, qardaşlıq qoyub. Ona görə də bu tip razılaşmaların əldə olunması və təhlükəsizliklə bağlı məsələlərdə birgə mübarizə öz müsbət nəticəsini verəcək”.

Elmir Mustafa
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri