“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” adlı rəqəmsal dizayn müsabiqəsinə start verilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin məqsədi gənclərin şəhərsalma və memarlığa marağının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsi, süni intellekt və müasir rəqəmsal texnologiyalardan yaradıcı məqsədlərlə istifadənin təşviq edilməsidir. Müsabiqə çərçivəsində gənclərin Naxçıvanın gələcək şəhərsalma və memarlıq simasına dair yaradıcı baxışlarının təqdim olunması nəzərdə tutulur.
18–35 yaşarası gənclərin iştirak edə biləcəyi müsabiqədə hər iştirakçı ən çox iki əsər təqdim edə bilər. Əsərlər süni intellekt və rəqəmsal dizayn vasitələrindən istifadə edilməklə, A4 ölçüsündə (2480 × 3508 piksel), JPEG və ya PNG formatında hazırlanmalıdır.
Əsərlərin qəbulu oktyabrın 29-u saat 18:00-dək davam edəcək. İştirakçılar əsərlərini ad, soyad təvəllüd, əlaqə nömrəsi və istifadə etdiyi süni intellekt aləti barədə məlumatlarla birgə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin nəticələri şəhərsalma və memarlıq, rəqəmsal dizayn və digər müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qiymətləndirmədə ideyanın orijinallığı, yaradıcı yanaşma, estetik görünüş, müasir şəhərsalma prinsiplərinə uyğunluq, milli memarlıq elementlərindən istifadə, Naxçıvanın təbii-coğrafi xüsusiyyətlərinin nəzərə alınması və süni intellekt imkanlarından yaradıcı istifadə əsas meyarlar olacaq.
Təqdim olunan əsərlər noyabr ayının ilk həftəsində nazirliyin inzibati binasının qarşısında təşkil olunacaq açıq hava sərgisində nümayiş etdiriləcək. Müsabiqədə I, II, III yerlər və 3 həvəsləndirici yer müəyyən ediləcək. Fərqlənən işkirakçılara diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaq.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















