“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Qeyd edək ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əli oğlu Əsgərov vəzifəsindən azad edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
18 Fevral 2025 15:58
Avtomobil Yolları Agentliyi ləğv EDİLƏ BİLƏR
13 Fevral 2025 15:20
Dövlət Ehtiyatları Agentliyi avtomobil ala bilmir SƏBƏB
27 Yanvar 2025 08:04
Sumqayıt Dövlət Universitetinə rektor əvəzi TƏYİN EDİLDİ
12 Fevral 2025 17:14
Naxçıvan Dövlət Energetika Agentliyi LƏĞV OLUNDU Funksiyaları bu qurumlara ötürüldü
23 Noyabr 2024 18:40
