Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində şair publisist Cavad Cavadlının 100 illik yubileyi keçirilib

Naxçıvan Dövlət Universitetində şair publisist Cavad Cavadlının 100 illik yubileyi keçirilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 avqust 2026-cı il tarixindən “Şair Cavad Cavadlının ədəbi irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir ədibin doğulduğu Naxçıvan Muxtar Respublikasında, Naxçıvan Dövlət Universitetində keçirilib.

Tədbirin aparıcısı, layihə rəhbəri Jalə Cəfərova qonaqları salamlayaraq Cavad Cavadlının həyat və yaradıcılıq yoluna nəzər salıb, ədibin yaşadığı dövrün ictimai-siyasi mənzərəsi, qarşılaşdığı çətinliklər və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Cavad Cavadlının yaradıcılığında xalqın taleyi, tarixi yaddaş və milli həqiqətlərin mühüm yer tutduğunu bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Cavad Cavadlının Azərbaycan həqiqətlərinin işıqlandırılmasındakı rolunu vurğulayıb, yaradıcılığının gənc nəslin milli ruhda tərbiyəsində əhəmiyyətini qeyd edib. Rektor ədibin dövrünün problemlərini, Azərbaycan xalqının tarixində baş vermiş ağrılı hadisələri əsərlərində əks etdirdiyini bildirib. Naxçıvanın Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etdiyini vurğulayan Elbrus İsayev xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizə aparmış şəxsiyyətlərin irsinin yaşadılmasının vacibliyini diqqətə çatdırıb.

NMR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar çıxışında Cavad Cavadlının Naxçıvan ədəbi mühitinə göstərdiyi dəstəyi və qayğını ehtiramla xatırlayıb. Ədibin ailəsinin sürgün həyatı, yaşadığı çətinliklər və bu hadisələrin yaradıcılığında əksi barədə danışan Asim Yadigar “Cəhənnəmdən qaçmış uşaq” və “Sürgün” əsərlərinin əhəmiyyətini vurğulayıb.
Digər çıxışçılar da Cavad Cavadlının həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə ədibin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə tələbələrin ifasında Cavad Cavadlının “Naxçıvan” şeiri səsləndirilib, müxtəlif musiqi nömrələri ifa olunub. Daha sonra Cavad Cavadlının həyatını əks etdirən səhnəcik təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see272

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see270

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see265

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see252

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see243

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see239

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see229

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see224

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see220

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see213

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see211

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see209

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see200

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see198

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see196

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see195

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see188

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri