Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpozium keçirilib

Naxçıvan Dövlət Universitetində “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpozium keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 16-da Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Türkiyənin bir sıra qabaqcıl universitet və texnoparklarının tərəfdaşlığı ilə “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpoziumun açılışı olub.

Bu haqda “Xalq” qəzetinə NDU-nun mətbuat və ictimaiyyətlə əlaqlər şöbəsindən məlumat verilib.

Simpoziumun məqsədi texnoparkların müasir təhsil sistemində və iqtisadi inkişafda rolunu elmi əsaslarla müzakirə etmək, beynəlxalq təcrübəni bölüşmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış nitqində bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı bu sahədə dövlət siyasətinin əsas çərçivəsini müəyyən edib. Rektor qeyd edib ki, texnoparklar dünya universitetlərində geniş tətbiq olunsa da, Azərbaycan ali təhsil sistemi üçün yeni və strateji əhəmiyyət daşıyan istiqamətdir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi prioritet hesab olunur. Elbrus İsayev vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti xüsusilə qardaş Türkiyənin aparıcı universitetlərinin texnopark təcrübəsini öyrənir, bu məqsədlə qarşılıqlı səfərlər həyata keçirilib və nüfuzlu texnologiyalar parklarının fəaliyyəti ilə yerində tanışlıq olub. Rektor bildirib ki, universitetdə dörd hektar ərazidə Texnologiyalar Parkının yaradılması istiqamətində işlərə başlanılıb, layihələndirmə mərhələsi başa çatıb. Rektor əlavə edib ki, universitet ərazisində fəaliyyət göstərən İnnovasiya Mərkəzi yeni innovatorların yetişməsi və texnoparkın fəaliyyətinə mühüm dəstək rolunu oynayacaq. 

Simpoziumda çıxış edən Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti İqtisad fakültəsinin dekanı, professor Mahmut Cüneyt Yenigün universitetlərin dövlət, sənaye və iqtisadiyyat arasında əsas əlaqələndirici rol oynadığını bildirib. Professor texnoparkların elmi-tədqiqat nəticələrinin praktik tətbiqə və iqtisadi dəyərə çevrilməsində mühüm mexanizm olduğunu qeyd edib.

İstanbul Universiteti–Cərrahpaşanın professoru Tülin Öztürk tibb sahəsində texnoparkların roluna toxunaraq  bu istiqamətdə aparılan elmi araşdırmaların innovativ məhsulların yaranmasına imkan verdiyini vurğulayıb.  

Tədbirdə həmçinin Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov, Düzce Universitetinin dosenti Özkan Şahin, Harran Universitetinin dosenti Hasan Bardakçı, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüqar Nəzərov, TÜBİTAK MARTEK Texnoparkının direktor müavini Deniz Yayla, Entertech İstanbul Texnoparkının direktoru Muhammed Kasapoğlu, Düzce Texnoparkının direktoru, professor Resul Kara və Zonquldak Texnoparkının direktoru Ferdi Kesikoğlunun çıxışları dinlənilib.

Simpozium öz işini bölmə iclasları ilə davam etdirib. Beş salonda 15 panel üzrə 150-dən çox elmi məruzə təqdim olunub. Tədbirdə 10-u xarici ölkədən olmaqla, 30-a yaxın elm və təhsil müəssisəsinin nümayəndələri iştirak edib. 

Panel müzakirələrində texnoparkların iqtisadi səmərəliliyi, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tətbiqi tədqiqatların kommersiyalaşdırılması, iqtisadiyyat, mühəndislik, informasiya texnologiyaları və tibb ixtisasları üzrə praktiki bacarıqların formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İki gün davam edəcək simpoziumda məruzəçilərə sertifikatların təqdim olunması nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri