Naxçıvan fermerlərinə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır. SİA nazirliyə istinadən xəbər verir ki, bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120ton buğda və arpa toxumu alınması nəzərdə tutulub.
Məlumata görə, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək reproduksiyalı və məhsuldar toxuma olan tələbatının müəyyən hissəsini qarşılamağa imkan verəcək.
"Fermerlər bir çox halda öz əkinlərindən saxladıqları toxumları əkirlər, bu da aşağı məhsuldarlığa, su və vəsait itkisinə səbəb olur. Toxum alınması ilə yanaşı, biz hazırda toxumçuluğun inkişafı, Naxçıvanın iqliminə və suvarma imkanlarına uyğun toxumların yetişdirilməsi və toxumçuların formalaşması istiqamətində iş aparırıq. Yerli fermerlər arasında toxumçuların yetişməsi bölgənin iqliminə uyğun, ənənəvi məhsulların yüksək reproduksiyalı toxumlarının əldə edilməsinə imkan verəcək",- nazirlikdən məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















