Icma.az
close
up
RU
Naxçıvan FHN in və Ordubad RİH in təşkilatçılığı ilə təlim keçirildi Fotolar

Naxçıvan FHN in və Ordubad RİH in təşkilatçılığı ilə təlim keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhəri, Şəhriyar qəsəbəsində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi, Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri, Ordubad Rayon Polis Şöbəsi, Təcili Tibbi Yardım Xidməti, rayonun Fövqəladə Hallar Komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Tədbirdə, mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq qüvvələri və hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Belə ki, ilk olaraq qüvvələrin hazırlığı yoxlanılıb, idarəetmə, qarşılıqlı fəaliyyət, mühafizə və komendant xidməti təşkili edilib. Əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yollar bərpa olunub, mülki müdafiə kəşfiyyatı aparılıb, yanğınlar söndürülüb və zərərçəkən insanlar təxliyə edilib. Hüquq mühafizə orqanları tərəfindən ərazinin təhlükəsizliyi təmin olunub. Baş verən avtomobil qəzasının nəticələri, sel sularının törətdiyi fəsadlar aradan qaldırılıb, bəndbərkitmə və sularda axtarış-xilasetmə işləri aparılıb. Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz əməliyyatlar icra edilib, zərərçəkmişlərə tibbi yardım göstərilərək səhiyyə müəssisələrinə təxliyə edilib, qaz, elektrik, su və rabitə sistemlərində qəza-bərpa işləri aparılıb, epidemiya əleyhinə tədbirlər görülüb.

Kompleks təlimə ümumilikdə 450 nəfərə yaxın şəxsi heyət və 57 ədəd xüsusi təyinatlı texnika cəlb edilib.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri