Icma.az
close
up
RU
Xəzər RİH in təşkilatçılığı ilə Gənclər Günü qeyd olunub FOTOLAR

Xəzər RİH in təşkilatçılığı ilə Gənclər Günü qeyd olunub FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

​Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, ​Mərdəkan Mədəniyyət Sarayı ilə birgə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin nümayəndələri, rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən gənclər və Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

​Öncə mədəniyyət sarayının foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə gənc rəssamların müxtəlif mövzulara həsr olunmuş əl işləri sərgilənib.

​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayaraq, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verib. Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Liderin onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini vurğulayan rayon rəhbəri, bu siyasətin müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsində, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Sonda E.Salahov gəncləri bir daha təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Milli Məclisin deputatı S.Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

​Ümumilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafına xüsusi diqqət yetirirdiyini çıxışında qeyd edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ölkə Prezidentinin gənclər sahəsində daxili və xarici siyasətinin, icra edilən bir çox layihələrin Xəzər rayon gənclərinin də həyatında mühüm rol oynadığını, onlar üçün geniş imkanlar yaratdığını vurğulamışdır

​Daha sonra çıxış edən Vətən Müharibəsi qazisi Elnur Ağacanov və gənc tələbə Aydan Xanəhmədli müxtəlif sahələrdə uğur qazanan, özünü təsdiqləyən Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olduğunu bildirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə ön və arxa cəbhədə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

​Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərərək, yüksək nailiyyətlər əldə edən bir qrup gənc Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Təşəkkürnamə ilə təltif olunub, xatirə şəkili çəkilib.

​Təltiflərdən sonra tədbir konsert proqramı ilə davam edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri