Icma.az
close
up
RU
Naxçıvan istiqamətində növbəti yenilik: Onlayn aviabilet alışı indi “digital.login” ilə

Naxçıvan istiqamətində növbəti yenilik: Onlayn aviabilet alışı indi “digital.login” ilə

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib. Artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi “digital.login” vasitəsilə də yerinə yetirmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, digər bir yenilik odur ki, sərnişinin “digital.login” və ya “SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.
 

Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin “digital.login” vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.


Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə “SİMA İmza” inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.
Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri