Icma.az
close
up
RU
Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi “digital.login” ilə

Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi “digital.login” ilə

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib. Artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi "digital.login” vasitəsilə də yerinə yetirmək mümkündür.
Demokrat.az-ın
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən məlumatına görə, digər bir yenilik odur ki, sərnişinin "digital.login” və ya "SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.
Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin "digital.login” vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.
Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə "SİMA İmza” inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.
Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan "mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see301

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see173

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see130

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see118

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see116

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see116

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see115

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see113

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri