Icma.az
close
up
RU
Naxçıvan Konstitusiyasına dəyişiklik təklifləri gələn ay parlamentə GÖNDƏRİLƏCƏK

Naxçıvan Konstitusiyasına dəyişiklik təklifləri gələn ay parlamentə GÖNDƏRİLƏCƏK

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. Ali Məclisin yaz sessiyasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.

Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ancaq Konstitusiyada nələrin dəyişəcəyi hələlik məlum deyil.

Modern.az-ın ötən ay verdiyi məlumata görə, Naxçıvan Konstitusiyasında ən vacib dəyişikliklərdən biri Naxçıvan Ali Məclisinin sədrinin xüsusi statusu ilə bağlıdır. Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər. Qeyd edək ki, Ali Məclisin sədrinin həm qanunverici orqana rəhbərlik etməsi, həm də ali vəzifəli şəxs olması birmənalı qarşılanmır. Dəyişikliklərdən sonra hüquqi problem aradan qaldırılacaq.

Milli Məclisin komitə sədri Fazil Mustafa saytımıza açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına  hər hansı dəyişiklik və əlavələr olanda məsələ ilə bağlı iki dəfə səsvermə keçirilir:

"Səsvermələr arasında 3 ay müddət olur. Birinci səsvermədən 3 ay sonra dəyişiklikləri qəbul edib, Azərbaycan Respublikası Milli Məclisinə ünvanlayırlar. Milli Məclisdə də onunla bağlı müvafiq qərar çıxarılır:ya təsdiq olunur, ya da təsdiq olunmur. Hansısa düzəlişə, konstitusiyaya uyğunluğuna iradlar varsa, bu da təzədən qaytarılır, onlar yenidən məsələyə baxa bilirlər. Amma praktikada belə bir hadisə yaşanmayıb, göndərilən layihələr qəbul olunub. Milli Məclis tərəfindən ayrıca qərar qəbul olunub, təsdiq olunandan sonra dəyişiklik və düzəlişlər qüvvəyə minir. Ona görə də bu müəyyən prosedur tələb edir. Bunu nəzərə alaraq təkilflər düzəlişlər göndəriləcək və onun əsasında burada müzakirə olunub, qərar qəbul olunacaq".

Beləliklə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı qanun layihənin ilk iclasından 3 ay sonra - yəni may ayında növbəti dəfə müzakirə olunacaq və layihə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri