Naxçıvan Muxtar Respublikasında “e rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin tətbiqinə dair iki günlük təlim təşkil olunub.
Maliytə Nazirliyindən AZƏRTAC-a bildirilib ki Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “e-rüsum” üzrə təlim-tətbiq komandasının üzvlərinin iştirakı ilə keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və onun tabeliyində olan qurumların əməkdaşları, həmçinin muxtar respublikada dövlət rüsumlarının tutulması ilə məşğul olan aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Tədbir zamanı iştirakçılara “e-rüsum” sisteminin yaradılma zərurəti, onun qanunvericilik bazası, texniki imkanları, tətbiq mexanizmləri və istifadə qaydaları geniş şəkildə izah edilib. İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, sistemin tətbiqi zamanı qarşıya çıxa biləcək çətinliklər və onların həlli yolları müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















