Naxçıvan Qızlar və Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 25 iyun, AZƏRTAC
İyunun 25-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanlarda VI və VII sinifləri bitirən şagirdlər iştirak ediblər.
Naxçıvan Qızlar Liseyinə 63, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə 234 şagird imtahan verib. İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında, ümumilikdə, 60 sual təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb. Liseylərə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq. İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.
Qeyd edək ki, ötən tədris ilindən muxtar respublikada liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















