Icma.az
close
up
RU
“Naxçıvan Yol Təchizat” 8 milyon vergi borcu olan şirkətə 45 milyonluq tender verib

“Naxçıvan Yol Təchizat” 8 milyon vergi borcu olan şirkətə 45 milyonluq tender verib

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Naxçıvan Yol Təchizat” MMC ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az açıq mənbələrə istinadən xəbər verir ki, MMC Şahbuz, Babək, Culfa və  Ordubad rayonu ərazisində yerləşən bəzi şəhər və kənd daxili avtomobil yollarının əsaslı təmir işlərinin satınalınmasını həyata keçirəcək.

Qeyd edək ki, tenderin qalibi “ELTA DEVELOPMENT” QSC olub. Bu məqsədlə MMC ilə QSC arasında 45 milyon 672 min 503 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, sözügedən şirkətin külli miqdarda vergi borcu varmış. Belə ki, “Elta Development” QSC-nin mövcud vergi borcu 8 milyon 584 min 772 manat təşkil edir.

Vergilər Nazirliyinin məlumatına görə, şirkətin borcu xüsusilə külli miqdarda hesab olunur və bu, ölkə üzrə ən yüksək borcu olan kommersiya qurumlarından biri statusunu verir.

Həmin araşdırma zamanı o da bəlli olub ki, “Elta Development” QSC 2020-ci ildə “ND Company” QSC adı ilə dövlət qeydiyyatına alınıb. 2024-cü ildə isə ad dəyişikliyi ilə fəaliyyətini davam etdirib.

Maraqlı məqamlardan biri də budur ki, cəmi 2 000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş bu şirkət ötən il 25 milyon manatlıq dövlət tenderinin qalibi olub. Hər iki tender Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan edilib və şirkət “ND Company” adı altında qalib seçilib.

Rəsmi sənədlərdə “Elta Development” QSC-nin qanuni təmsilçisi kimi Cəlilov Əsədulla Həsən oğlu göstərilir. Lakin açıq mənbələrdə nə şirkətin fəaliyyəti, nə də bu şəxs haqqında hər hansı ictimai məlumat mövcuddur.

Bildirək ki, böyük məbləğli tenderlər qazanan, lakin çox aşağı nizamnamə kapitalına və külli miqdarda vergi borcuna sahib olan bu cür şirkətlərin fəaliyyəti ictimaiyyət arasında şəffaflıq və qanunçuluqla bağlı suallar doğurur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri