Icma.az
close
up
RU
Naxçıvana 320 milyon ayrılacaq: Dəhliz açılana kimi...

Naxçıvana 320 milyon ayrılacaq: Dəhliz açılana kimi...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41,7 milyon manata endirilib. Bu xəbər ictimaiyyətdə birmənalı qarşılanmadı. Ekspertlər sözügedən addımın hansı səbəbdən atıldığı ilə bağlı müxtəlif fikirlər söyləsələr də qaranlıq qalan məqamlar var.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Naxçıvan Muxtar Respublikasının dəstəklənməsi çox önəmlidir:

Fazil Mustafa

“Yolların bağlı olduğu, dəhlizin açılmadığı vaxtlarda Naxçıvan çox ağır şərtlər altındadır. İnsanlar işsizlik problemi ilə üzləşiblər. Buna görə də dövlət proqramı qəbul olunub. Proqramın icrası ilə bağlı konkret layihələr təqdim olunduqca, maliyyə tutumu da müəyyənləşəcək. Bunun üçün azalmaya gedilib. Naxçıvana 320 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Məbləğin daxilində müəyyən proqramların həyata keçirilməsi düşünülüb. Bütün hallarda Naxçıvanın maliyyə cəhətdən dəstəklənməsi çox önəmlidir. Dəhliz açılana qədər insanların normal yaşayışını təmin etmək vacibdir. Həmin istiqamətdə də ciddi işlər görülməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə məsələyə belə münasibət bildirib:

Natiq Cəfərli

“Mərkəzi büdcədən ayrılmış vəsaitin xərclənməyən hissələri var. İl bitməmiş xərclənməyən hissənin azaldılması ilə bağlı belə qərarın alınması istisna deyil. Bu həm də Naxçıvanda xərclərin optimallaşdırılması ilə bağlıdır. Yeni idarəetmə forması tətbiq olunur, prezidentin şəxsi nümayəndəlik institutu yaradılıb. Ümumilikdə sözügedən proses texniki məsələlərdir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri