Icma.az
close
up
RU
Naxçıvana onlayn aviabilet alışını “digital.login” ilə etmək mümkündür AZƏRTAC

Naxçıvana onlayn aviabilet alışını “digital.login” ilə etmək mümkündür AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib. Artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi “digital.login” vasitəsilə də yerinə yetirmək mümkündür.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, digər bir yenilik odur ki, sərnişinin “digital.login” və ya “SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.

Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin “digital.login” vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.

Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə “SİMA İmza” inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.

Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri