Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,5 faiz artıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 21 min 83 olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,6 faiz artıb və 575 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,1 faiz artaraq 6 min 60 olub.

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,5 faiz artıb
10 İyun 2025 11:33
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 13 faiz artıb
08 İyul 2025 19:10
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 19 faiz artıb
11 Aprel 2025 14:47
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 38 % artıb
06 Dekabr 2024 12:03
Naxçıvanda vergi ödəyicilərinin sayı 13 faizdən çox artıb AZƏRTAC
13 Dekabr 2024 12:27

