Icma.az
close
up
RU
Naxçıvanda bu ilin 9 ayında 51 qeyri yaşayış təyinatlı obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib

Naxçıvanda bu ilin 9 ayında 51 qeyri yaşayış təyinatlı obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla maarifləndirici görüş keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanının icrası istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd olunub ki, Fərmana uyğun olaraq Xidmət tərəfindən muxtar respublikada müraciət əsasında istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin verilməsi davam etdirilir. Cari ilin 9 ayı ərzində 51 qeyri-yaşayış təyinatlı obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.

Diqqətə çatdırılıb ki, tikinti obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə verilməsi üçün müraciət müddəti 2026-cı il yanvarın 1-də başa çatır. Sahibkarlıq subyektləri mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinə başlamaq üçün müəyyən edilmiş müddət ərzində aidiyyəti üzrə müraciət etməlidirlər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov sahibkarlar tərəfindən müraciət edilməsi qaydasını və istismara icazə verilməsi prosesinin mərhələlərini iştirakçılara ətraflı izah edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Tural Rüstəmli bildirib ki, komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 5 iş günü müddətində aparılmış müayinənin nəticələrinə əsasən tikinti obyektinin istismarına icazə verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün göndərir. Müvafiq sənədlər əsasında qeyri-yaşayış obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınır və beləliklə hüquq sahibinə çıxarış verilir.

Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, muxtar respublikanın bir sıra rayonlarında sahibkarlarla belə maarifləndirici görüşlərin təşkili nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri