Icma.az
close
up
RU
Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “İnvestisiya təşviqi sənədi” ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında investorların cəlb edilməsi, sahibkarlığın inkişafı və yeni istehsal sahələrinin qurulması üçün tətbiq olunan dövlət dəstək mexanizmidir.

Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyalar və monitorinq şöbəsinin İnvestisiya proqramları, layihələri və təşviqi sektorunun məsləhətçisi Hüseyn Quliyev deyib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

O qeyd edib ki, Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı məqsədilə dövlət tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir, bu istiqamətdə qanunlar, fərmanlar və qərarlar qəbul olunur. İnvestisiya təşviqi sənədinin verilməsi isə həmin siyasətin uğurlu addımlarından biridir:

"İnvestisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması, yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 20 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib. Bu fərmanlar əsasında Naxçıvanda da müvafiq tədbirlər görülüb. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisinin 50 faizindən, müvafiq əmlakına görə əmlak vergisindən, eləcə də mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisindən 100 faiz azad edilirlər. Bundan əlavə, onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən də 7 il müddətinə azadolma tətbiq olunur".

İqtisadiyyat Nazirliyinin əməkdaşı vurğulayıb ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixdə edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədi əsasında verilən müvafiq təsdiqedici sənədə görə layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxal rüsumundan 7 il müddətinə azadolma tətbiq olunur. Naxçıvan Muxtar Respublikasında bu mexanizmin tətbiqi müsbət iqtisadi nəticələr verib. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2016-2025-ci illərdə 121,2 milyon manat dəyərində investisiya layihəsi üzrə 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib. Bunlardan  4 sahibkarlıq subyektinə verilən İnvestisiya təşviqi sənədinin güzəşt müddəti bitib. Bu mexanizmdən istifadə edən sahibkarlıq subyektlərində 642 yeni iş yeri yaradılıb.

"Naxçıvan Muxtar Respublikasında investisiya təşviqi sənədləri, əsasən, qida məhsullarının, içki, tütün məmulatlarının, geyim istehsalının, kağız və karton istehsalının, rezin və plastmas məmulatlarının, maşın və adanlıqlardan başqa hazır metal məmulatlarının, sənaye məhsullarının, tikinti materiallarının istehsalı sahələri üzrə həyata keçirilib. İnvestisiya təşviqi sənədi Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın artırılması, iş yerlərinin yaradılması və sahibkarların dövlət dəstəyi ilə təşviqi baxımından mühüm alətə çevrilib. Bu mexanizmin tətbiqi regionun davamlı iqtisadi inkişafına töhfə verməklə yanaşı, investisiya mühitinin cazibədarlığını da artıracaq" , – deyə Hüseyn Quliyev əlavə edib.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri