Icma.az
close
up
RU
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib

Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 29 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin taxıl biçini yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il muxtar respublika üzrə ümumilikdə 17 582,7 hektar sahədə taxıl əkilib. Bunun 16 946,5 hektarını payızlıq, 636,2 hektarını isə yazlıq əkinlər təşkil edib. Əkin sahələrinin 8 275,8 hektarında buğda, 9 306,9 hektarında isə arpa yetişdirilib.

Biçin nəticəsində ümumilikdə 37 648,8 ton məhsul əldə olunub. Bu məhsulun 18 136,9 tonu buğda, 19 511,9 tonu isə arpa olub. Muxtar respublika üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi 36,8 sentner/hektar Sədərək rayonunda qeydə alınıb. Bu il Naxçıvanda taxıl əkininə görə 5 512 fermerə ümumilikdə 3,7 milyon manatdan çox subsidiya ödənilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövsümün nəticələri və qarşıdan gələn əkin dövrünə hazırlıqla bağlı keçirilən iclasda komissiya yaradılıb. Yeni yaradılmış komissiya payızlıq əkinlərin proqnozlaşdırılması, istehsalçıların kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının öyrənilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də Naxçıvanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat işlərini tənzimləyəcək. Bununla yanaşı, suvarma işlərinin səmərəli təşkili və əkinlərin optimal müddətdə aparılması da komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır. Komissiyanın fəaliyyəti çərçivəsində görüşlər keçiriləcək, əkin prosesinin gedişi ilə bağlı operativ və məqsədyönlü tədbirlərin icrası təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri