Naxçıvanda hərrac yolu ilə 5 torpaq sahəsi mülkiyyətə verilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərrac keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 10 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 5 torpaq sahəsi mülkiyyətə verilib. 5 sahibkar hərracın qalibi olub.
Qeyd edək ki, 25 noyabr və 16 dekabr 2025-ci il tarixlərdə nəqliyyat vasitələrinin, 9 dekabr 2025-ci il tarixdə torpaq sahələrinin, 17 dekabr 2025-ci il tarixdə isə qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək. Hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















