Icma.az
close
up
RU
Naxçıvanda kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək

Naxçıvanda kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcəkdir.

Ölkəmizdə hər 10 ildən bir keçirilən bu tədbirin əsas məqsədi cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi, o cümlədən sonuncu dəfə 2015-ci ildə keçirilmiş siyahıyaalmadan sonrakı dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlili üçün zəruri məlumatların əldə edilməsi, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılması və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün keyfiyyətli məlumatların 
əldə edilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən “Xalq” qəzetinə verilən məlumata görə, kənd təsərrüfatının siyahıyaalınmasının muxtar respublikada mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 132s nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası yaradılıb. Bundan əlavə, muxtar respublikanın şəhər və rayon icra hakimiyyətləri başçılarının müvafiq sərəncamları ilə inzibati ərazi vahidləri üzrə müvafiq yardım komissiyaları yaradılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına, həmçinin muxtar respublikada kənd təsərrüfatının siyahıyaalınmasına cəlb olunacaq təsərrüfatların sayına uyğun olaraq  şəhər və rayon icra hakimiyyətlərindən daxil olmuş siyahılara əsasən muxtar respublika üzrə 723 nəfər, o cümlədən 63 təlimatçı-nəzarətçi, 641 sayıcı və 19 ehtiyat sayıcı ilə xidmətlər üzrə satınalma müqaviləsi imzalanıb.

Müqavilə imzalanan şəxslərin 73-ü Naxçıvan şəhərinin, 186-sı Şərur, 139-u Babək, 102-si Ordubad, 77-si Culfa, 54-ü Kəngərli, 45-i Şahbuz və  47-si Sədərək rayonlarının payına düşür.

Siyahıyaalmanın aparılması üçün ötən dövr ərzində aidiyyəti strukturlarla birlikdə müəyyən işlər görülüb, kənd təsərrüfatı məhsulu istehsalçılarını siyahıyaalmaya cəlb etmək məqsədilə 16 plakat-bannerin və 2160 plakatın muxtar respublikanın yaşayış məntəqələrində müəyyən edilmiş dislokasiyalar üzrə yerləşdirilməsi təmin edilib. Hazırda bu istiqamətdə müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir. 

Siyahıyaalma ilk dəfə olaraq planşet tipli kompüterlərdən istifadə etməklə sorğu yolu ilə keçiriləcəkdir.  

2025-ci il iyulun 15-dən avqustun 15-dək keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, heyvan və quşların sayı, istifadə olunan yemin növləri, kənd  təsərrüfatı  məqsədləri  üçün  istifadə  edilən  qeyri-yaşayış  tikililəri, işçi  qüvvəsi, balıqyetişdirmə (akvakultura) və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri