Naxçıvanda “Qəlblərimiz Zəfərlə Döyünür” adlı sağlamlıq aksiyasına start verilir
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Zəfərimizin 5-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında “Qəlblərimiz Zəfərlə Döyünür” adlı sağlamlıq aksiyasına start verilir.
Missiya.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək aksiya çərçivəsində muxtar respublikanın bütün regionlarında əhalinin kardioloji müayinələri aparılacaq. Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və sağlam həyat tərzinin təşviq olunmasıdır.
Hər bir vətəndaş aksiyada iştirak etməklə öz sağlamlığını nəzarətdə saxlamaq, mütəxəssis həkimlərin məsləhətlərini dinləmək və ödənişsiz müayinələrdən yararlanmaq imkanı qazanacaq.
? Qeydiyyat və ətraflı məlumat üçün:
WhatsApp əlaqə nömrəsi – 060-660-00-61
#QəlblərimizZəfərləDöyünür #Səhiyyə #kardiolojimüayinə #Naxçıvan #konstitusiyavəsuverenliki̇li
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Sentyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















