Icma.az
close
up
RU
Naxçıvanda uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc mükafatlandırılıb

Naxçıvanda uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc mükafatlandırılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-i “Gənclər həftəsi” proqramına uyğun olaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində mükafatlandırma mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkil etdiyi tədbir 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni sələndirilib.

Muxtar respublika Gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmindən bəhs edib, dahi şəxsiyyətin Azərbaycan gəncliyinə verdiyi mühüm töhfələrdən danışıb. Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsi kimi qazanılmış uğurlardan, gənc nəsil nümayəndələrinə göstərilən qayğıdan, gələcək perspektivlərdən söz açan Məcid Seyidov bildirib ki, Naxçıvan gəncləri də bu siyasətdən faydalanır və dövlət dəstəyi ilə yeni-yeni uğurlar əldə edirlər.

Nazir müavini ötən il gənclərlə iş sahəsində görülən işlər və qazanılan uğurlardan da bəhs edib. Qeyd olunub ki, nazirlik tərəfindən muxtariyyətin 100-cü ildönümü, COP29, “Yaşıl dünya naminə həmrəylik ili”, gənclərin şəxsi və intellektual inkişafı, yaradılıcıq potensialının yüksəldilməsi, vətənpərvərlik tərbiyəsi və digər aidiyyəti istiqamətlərlə bağlı 196 tədbir təşkil olunub. Bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla, muxtar respublikada uğurlu layihələr icra edib, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazanıblar. Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla, ümumilikdə, 201 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Anar Babayev və Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov gənclərin inkişafı istiqamətində atılan mühüm addımlardan, geniş islahatlardan, dövlət proqramlarının uğurlu icrasından danışıblar. Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirən tarixi Zəfərlərimizdə böyük rolu olduğu vurğulanıb, Vətənimizin gələcək uğur yolunda gənclərin mütərəqqi və innovativ ideyalarının vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Fəal gənc Ceyran Talıbova gənclik mühiti, eyni zamanda, bu sahəyə göstərilən dəstək barədə fikirlərini bölüşüb, gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.

Tədbirdə muxtar respublika gənclərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Muxtar respublikada uğurlu fəaliyyəti ilə fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə təltif olunub.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri