Naxçıvanda yeni tədris ilində 15 icma əsaslı məktəbəqədər qrup yaradılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ilində muxtar respublikanın 13 məktəbində 15 yeni icma əsaslı məktəbəqədər qrup yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni qruplarda 250-dən çox uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur. Qruplardan 3-ü Naxçıvan şəhərində, 1-i Şərur, 4-ü Babək, 4-ü Culfa, 1-i Ordubad, 2-si isə Kəngərli rayonunda fəaliyyət göstərir.
Qeyd edək ki, ötən tədris ilindən 12 məktəbdə 25 icma əsaslı məktəbəqədər qrup fəaliyyət göstərir. Oktyabrın 1-dən məşğələlərə başlanılması ilə ümumilikdə 40 qrupda 600-ə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması təmin edilib.
Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində yaradılan icma əsaslı məktəbəqədər qrupların məqsədi uşaqların hərtərəfli inkişafını dəstəkləmək, məktəbəqədər təhsilin əlçatanlığını artırmaq, valideynlərin və yerli icmaların təhsil prosesində iştirakını gücləndirməkdir. Layihə, xüsusilə ucqar və dağ kəndlərində yaşayan uşaqların keyfiyyətli məktəbəqədər təhsil xidmətlərindən yararlanmasına imkan yaradır.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 Oktyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















