Naxçıvanda yerləşən 38 istixanada monitorinqlər aparılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (NQTA) muxtar respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr aparır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə NQTA-nın fitosanitar müfəttişləri tərəfindən muxtar respublika ərazisində yerləşən 38 istixanada monitorinqlər keçirilib.
Monitorinqlər zamanı istixanalarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verilib. Həmçinin fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması ilə yerində tanış olub, müvafiq tövsiyələr veriblər. Bildirilib ki, aqrokimyəvi maddələr və pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsuldarlığı və keyfiyyəti yaxşılaşdırır.
Sonda NQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















