Naxçıvandakı bölmələr həyəcan siqnalı ilə ayağa qaldırıldı
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib.
Yoxlamalar çərçivəsində bölmələrin həyəcan siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti, döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları keçirilib.
Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri, eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.
Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















