Icma.az
close
up
RU
Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim AZƏRTAC

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 20 yanvar, AZƏRTAC

1990-cı ildə baş verən, tariximizin qəhrəmanlıq səhifələrindən sayılan Sədərək döyüşlərindən 35 il ötür. Həmin illərdə səngərdə döyüşən igid oğullarla yanaşı, onlarla çiyin-çiyinə mübarizə aparan, yaralanlara köməyini əsirgəməyən bir tibbi işçisinin də xidmətləri əvəzolunmazdır. Həmin tibbi işçisi qəhrəman şəfqət bacısı, hazırda Naxçıvan şəhərində yaşayan Nəzifə Qaybaliyevadır. O, həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyirdi. Nəzifə xanım döyüşlərin başlanması xəbərini alan kimi, 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərəyə yollanıb.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı muxtar respublikanın ilk və tək qadın qazisi Nəzifə Qaybaliyeva ilə söhbət edib, Sədərək döyüşləri barədə xatirələrini öyrənməyə çalışıb.

Ömrünün ahıl çağlarını yaşayan Nəzifə xanım ötən əsrin 90-cı illərinə aid foto-albomu qarşısına qoyub, bizi döyüş yoldaşları ilə bir-bir tanış edir. "Baxın, Məhərrəm Seyidovdur, polis kapitanı, Naxçıvanın ilk şəhidi, Azərbaycanın ilk Mill qəhrəmanlarından biridir. Abbasəlidir, özüm çıxardım döyüş meydanından onu", - deyir.

Həmin günlərdə yaşananları yada salır Nəzifə xanım deyir: “Yanvarın 18-də Şərur qərargahına gələn xəbər hamını həyəcanlandırdı. Avtomat və beşaçılanlarla silahlanmış bir qrup erməni dəmiryolu, Koroğlu bulağı və şərab zavodu istiqamətindən Sədərəyə hücuma keçmişdi. 10 saat davam edən ölüm-dirim mübarizəsində müdafiəçilərin bir amalı var idi: Sədərək qorunmalıdır. Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər. 10-15 polis işçisi və döyüş təcrübəsi çox az olan könüllünün ov silahı ilə müasir silahlara sahib yüzlərlə hərbiçinin hücumunu dəf etməsi möcüzəyə bənzəyirdi. Səngərdə bir igid şəhid olurdusa, beş igid onun silahını götürüb, Vətəni müdafiə etməyə tələsirdi. 77 könüllü Vətən oğlunun tək bacısı mən idim".

Nəzifə xanımın sözlərinə görə, 1990-cı ilin yanvarın 19-u səhərə yaxın atəş səsləri azalmağa başlasa da, aradan heç 4 saat keçməmiş Sədərəyə yenidən və daha şiddətli hücum oldu. Sədərək kəndi və Şərur rayon mərkəzi bu dəfə raket, top və digər ağır silahlardan atəşə tutuldu: "Gecəyarıya kimi susmadılar. Yaralılar netral zonada qalmışdı. Gecəyarını keçmişdi. Düşmənin susmayan silahları yaralıları götürməyimizə imkan vermirdi. Qarın üzərində sürünə-sürünə birtəhər özümüzü yaralılara yetirdik. Şərur Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışdığımız yaralılardan kimisi elə yoldaca şəhadətə yüksəldi, kimisi isə əməliyyata götürüldü. Dörd il beləcə mənfur düşmənlə döyüşdük, gün oldu ac qaldı döyüşçülər, gün oldu yaralı vəziyyətdə döyüşdülər, amma düşmənə aman vermədilər. Ulu Öndər Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək igid oğulların canı bahasına qorundu. Həmin illərdə Ümummili Liderlə dəfələrlə görüşdük. Onun yanımızda olması səngərdəki hər kəsə güc verdi. Şiddətli döyüşlərdə, soyuq günlərdə belə heç kim səngəri tərk etmədi. İndi keçmiş günləri xatırlayanda yaralanıb səngərdən ayrı durmaq məcburiyyətində qaldığım günlər üçün təəssüf hissi keçirirəm. 1992-ci ilin mayında - Sədərəyin düşmən mərmilərinin səsindən yenidən lərzəyə gəldiyi bir yaz səhərində mən də ağır yaralandım. Döyüş meydanından ayrılanda yaralanmağımdan daha çox oradakı qardaşlarıma əlim çatmayacaq deyə məyus olmuşdum".

İndi həmin günlərdən bizi 35 illik zaman ayırır. Bədənində hələ də qanlı-qadalı dövrün yaralarını daşıyan qürurlu Nəzifə xanım 17 dəfə əməliyyat olunmasına baxmayaraq, sağlamlığına tam qovuşa bilməyib. Deyir ki, o qəlpələrdən hələ də bədənində qalanı var: “Ancaq qürur duyuram ki, Vətənim azaddır. Getdim, Şuşanı gördüm, Sədərəkdən Şuşaya gedən yolu xatırladıqca qürurlandım. Ruhunuz şad olsun igidlər, qardaşlarım, oğullarım”.

Bəli, bu gün Nəzifə Qaybaliyeva kimi qadınların, Vətəni ana bilən qızların, oğulların torpağa qarışan qanı hesabına Vətənimiz bütövdür, azaddır, xalqımız qalibdir. Vətənini öz canından əziz bilən vətənpərvər insanların, bədənində düşmən mərmisinin qəlpəsini ömrünün sonuna kimi daşısa da, mübarizliyini itirməyən döyüşçü qadınların Vətən eşqi ilə çırpınan ürəyinin sayəsində alnımız açıq, başımız ucadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri