Icma.az
close
up
RU
Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim keçirilib

Naxçıvanın mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət idarəçiliyində maraqlar toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, təlim “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına həvalə olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və kafedranın müəllimi hüquq üzrə fəlsəfə doktoru Seyfulla Aslanov çıxış ediblər.

Təlimdə dövlət idarəçiliyində etik davranış standartlarının tətbiqi, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq və hesabatlılıq prinsiplərinin təmin olunması mexanizmləri, eləcə də korrupsiyaya qarşı mübarizənin institusional əsasları ətraflı şəkildə təhlil olunub.

Çıxışlarda qeyd olunub ki, antikorrupsiya siyasətinin gücləndirilməsi dövlət idarəçiliyinin səmərəliliyinin, şəffaflığının və ictimai etimadın yüksəldilməsinin mühüm istiqamətlərindən biridir. Bu siyasət dövlət qulluğunda etik prinsiplərin tətbiqinə, idarəetmədə hesabatlılıq və şəffaflıq mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də ictimai nəzarət institutlarının inkişafına xidmət edir.

Təlim zamanı dövlət qulluqçularına maraqlar toqquşmasının müəyyənləşdirilməsi və qarşısının alınması üzrə praktiki yanaşmalar, habelə real situasiyalara əsaslanan nümunəvi halların təhlili təqdim olunub. İnteraktiv müzakirələr çərçivəsində iştirakçılar dövlət qulluğunda etik qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see226

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see194

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see152

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see147

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see134

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see134

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see133

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see129

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see127

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see122

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri