Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Naxçıvanın vətənpərvər oğulları

Naxçıvanın vətənpərvər oğulları

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qədim diyarımız Naxçıvan hər zaman özünün döyüşkən ruhu, Vətənə sədaqəti ilə seçilib. Tarix boyu neçə-neçə sərkərdələr, igidlər yetirən bu torpağın övladları 44 günlük Vətən müharibəsində və üç il əvvəl həyata keçirilən antiterror əməliyyatında ata-babalarının qəhrəmanlıq ənənəsini ləyaqətlə davam etdirdilər…

Əklillərin, rəngarəng güllərin dövrəyə aldığı, qürur rəmzi şəhid məzarları qarşısındayam. Uzaqdan baxıram, göz yaşlarım yanaqlarımdan süzülür. Necə də əzəmətlə dayanmısınız, qürurla baxırsınız... Bilirəm, içinizdə o qədər söz var ki, deməyə...Müharibədəki rəşadətiniz, şüacətiniz, cəsarətiniz, oradakı xatirələrinizdən danışmaq istəyirsiniz. Bilirəm, arxada qoyduğunuz ailəniz, ata-ananız, övladlarınız, həyat yoldaşınız üçün darıxmısınız, onların necə olduğunu bilmək istəyirsiniz…Onlar yaxşıdırlar. Tək deyillər; ana-atanız hamımızın atası-anasıdır, övladlarınız bacı-qardaşlarımızdır, yoldaşlarınız bizim də bacımızdır. Onlar – Şəhid ailəsi bütün Azərbaycan xalqının, dövlətimizin müqəddəs əmanətidir.

Analarımız siz gedəndən sonra yaman kövrək olublar…Onların göz yaşlarının arxasında dağ kimi dayanan sarsılmaz bir qürur var. Övladlarının tabutu üzərində əyilməyən, “Vətən sağ olsun!” deyərək başını dik tutan valideynləriniz ruhunuzu yaşatmaq üçün qürurla həyat tarixçənizi hər yerdə danışır, xatirənizi uca tuturlar… 

Əziz Şəhidlərimiz, gəlin, bir baxın, ayağınızın dəydiyi Qarabağ torpaqları dirçəlib. Şuşanın Cıdır düzündən tutmuş Suqovuşanın səfalı guşələri ruhunuzu salamlayır. Xarabaya çevrilmiş yurd yerlərimizə, viran edilmiş abidələrimizə yenidən həyat bəxş edilib. Sizin sayənizdədir, bu gün o torpaqlarda uşaqların gülüş səsləri əks-səda verir. Bir vaxtlar boynubükük gəzən, məcburi köçkün damğasına düçar olan vətəndaşlarımız öz doğma evlərinə qayıdıblar, orada qurub-yaradır, işləyirlər. Sizin sayənizdə hamının yanında başımız uca, alnımız açıqdır.

Heç kimdən, heç nədən qorxmadanız, çəkinmədəniz, canınız-qanınız bahasına döyüşlərdə “Ya Qarabağ, ya Ölüm!” şüarı ilə son gücünüzlə vuruşdunuz. Cəsarətiniz, gücünüz, şücaətiniz dillərdə dolaşdı, bütün dünya sizin igidliyinizdən danışdı. Böyük Zəfəri xalqımıza bəxş etdiniz, 30 il işğal altında qalan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Qarabağımızda qürurla dalğalandı. Bu gün ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Onu da bilin ki, qisasınız alınıb, bir vaxtlar torpaqlarımızı viran qoyanlar bu gün öz cəzalarını çəkirlər…

Böyük Qələbə tariximizə qızıl hərflərlə yazılıb – sizin kimi qeyrətli, igid oğulların sayəsində: Əsgərlər Xansu Qurbanov, İbrahim İbrahimov, gizir Vaqif Rəcəbov, baş leytenantlar İsmayıl Vəliyev, Elnur Zeynalov, Fuad Əlizadə, Raqib Hüseynov, “Naxçıvan canavarı” ləqəbli leytenant Vəli Quliyev, İbrahim Qasımov, mayor Sadiq Həsənov, kapitan Aşur Cəmiyev və Elcan Balabəyli uyuyur bu məzarlarda... Biriniz Suqovuşanda, biriniz Şuşada, biriniz Cəbrayılda, biriniz Füzulidə, biriniz Qubadlıda yorulmadan,  canınız-qanınız bahasına sona qədər getdiniz. Naxçıvan torpağının vətənpərvər oğulları, hər bir qarışı cənnət qoxan torpaqlarımıza qovuşdurdunuz bizləri…

Məzarlarınız hər gün ziyarət edilir. Valideynləriniz, övladlarınız, bacı-qardaşlarınız – hər kəs sizi ziyarətə gəlir, məzar daşınızı doyunca qucaqlayır, şəkillərinizdən öpür, ruhunuza dualar oxuyurlar. Sizi Vətən sevgisi ilə böyüdən qəhrəman ana-ataların qarşısında baş əyirik. Bu gün övladlarınız məktəbə gedirlər. Parta arxasında oturan o balacalar hər gün müəllimlərindən sizin qəhrəmanlıq dərslərinizi dinləyir, sizin övladınız  olmaqdan qürur duyurlar. Onlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onlar üçün hər cür imkanlar yaradılıb. Atalarının şücaəti ilə öyünən bu uşaqlar böyüyəndə məhz sizin kimi vətənpərvər, igid, cəsarətli insan olmaq istəyirlər…

Zəfər yolumuzun keşikçiləri, Vətənimizin qəhrəman, igid oğulları, qəlbimizdə daim yaşayacaqsınız…Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Güntac ŞAHMƏMMƏDLİ

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Sentyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri