Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993 cü ildə itkin düşüb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin nümayəndələri itkin düşənlərin doğmalarının və yaxınlarının səsini Avropaya çatdırmaq üçün Brüsselə səfər ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Nazənin Əliyeva bildirib.
Onun sözlərinə görə, əmisi ilə həyat yoldaşı 1993-cü ildə Şuşa istiqamətində döyüşüblər və hər ikisi itkin düşüb.
"Sonradan əmimin nəşi tapılıb və dəfn edilib. Həyat yoldaşım isə o vaxtdan bəri itkin düşmüş hesab olunur. Biz hələ də onun taleyi barədə heç nə bilmirik", - o bildirib.
N. Əliyeva qeyd edib ki, 30 ildən çox vaxt keçməsinə baxmayaraq, itkin düşənlərin doğmaları və yaxınları öz əzizlərinin taleyi barədə həqiqəti öyrənmək ümidini itirmirlər.
Baxış sayı:130
Bu xəbər 21 Oktyabr 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















