Icma.az
close
up
RU
Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Quliyev Naxçıvan Bəstəkarlar Təşkilatının sədri seçilib.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nazim Quliyev Naxçıvan Bəstəkarlar Təşkilatının sədri seçilib.

Qeyd edək ki, Nazim Paşa oğlu Quliyev 1950-ci il sentyabr ayının 20-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya göz açıb.  Dominos pizza

İlk musiqi təhsilini Naxçıvan şəhər Pioner və Məktəblilər evinin tar dərnəyində alan Nazimin ilk müəllimi Səfər Rəcəbov olub. Daha sonra təhsilini davam etdirən Nazim, Naxçıvan 1 saylı şəhər musiqi məktəbinin tar sinfinə daxil olub. Hələ musiqi məktəbində oxuduğu illərdə balaca musiqiçi, qəlbində rövnəqlənən kiçik əsərlərini musiqili barmaqları ilə notlara köçürür və ilk kiçik həcmli əsərlərini ərsəyə gətirmişdir.

Nazim Quliyevin professional musiqiçi olmaq, böyük arenalara çıxmaq xəyalı onu 1978-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Bu ali musiqi ocağında görkəmli pedaqoq, bəstəkar, xalq artisti, professor Səid Rüstəmovun sinfində oxumaqla yanaşı, bəstəkar Afaq Cəfərovadan bəstəkarlıq dərsləri alıb. Yaradıcılıq fəaliyyətini davam etdirərək bu illərdə yazdığı fortepiano üçün "6 miniatür", " 9 prelüd", "Variasiyalar", "Nəqşi-cahan" süitası, B.Vahabzadənin sözlərinə bəstələnmiş "Səninlə", M.Arazın sözlərinə "Dağlar küsüb" romanslarını, M.P.Vaqifin sözlərinə "Adını demərəm", Aşıq Ələsgərin sözlərinə "Çərşənbə günündə" , A.Qasımovun sözlərinə "Ordubad bağları" və bir sıra mahnılar, kamera-instrumental əsərlər onu məşhurlaşdırır.

Nazim Quliyev ailəlidir, 3 qız övladı, 6 nəvəsi vardır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri