Nazir: 8 avqust Vaşinqton anlaşması ölkədə iqtisadi prosesləri sürətləndirib
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür.
Ölkə.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, dövlət büdcəsinin maliyyə dayanıqlılığı daha da güclənir: “Bu proseslər 8 avqustda ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalarla daha da sürətlənib. Yaranan yeni imkanların iqtisadi imkana çevrilməsi qarşıda duran çağırışlardan biridir. Büdcə layihəsi hazırlananda daxili və xarici amillər nəzərə alınıb. Qlobal iqtisadiyyatda mənfi təsirlər gözləniləndən aşağı səviyyədə olması, ticarət zəncirlərinin yenidən qurulması nəticəsində qlobal iqtisadi artım artacağı proqnozlaşdırılıb. Eyni zamanda dünya iqtisadiyyatında bəzi qeyri-müəyyənliklər aradan qalxır. Azərbaycan iqtisadiyyatı son illərdə dayanıqlılıq nümayiş etdirir”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















