Icma.az
close
up
RU
Vaşinqton anlaşması Türk dünyasının siyasi, iqtisadi güc kimi ortaya çıxmasına imkan verəcək RƏY

Vaşinqton anlaşması Türk dünyasının siyasi, iqtisadi güc kimi ortaya çıxmasına imkan verəcək RƏY

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Vaşinqtonda istər İrəvanla Bakı arasında sülh sazişin paraflanması, istərsə də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanan üştərəfli Bəyannamə ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra diplomatik müstəvidə də qələbəsinin təntənəsinin nəticəsidir. Belə ki, savaşda əldə edilən zəfərin Azərbaycanın şərtləri daxilində beynəlxalq hüquq müstəvisində beynəlxalq aləm tərəfindən qəbul edilməsi idi”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Vaşinqtonda imzalanan sənədlər regional sülh, sabitliklə bərabər, qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir: “Vaşinqton anlaşmasını biz Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallığın məntiqi davamı kimi dəyərləndirə bilərik. İkinci Qarabağ savaşından sonra yaranan reallıq bölgədə sülhün, sabitliyin, əməkdşalıq formatlarının yollarının tapılmasına xidmət etdi və Prezident İlham Əliyevin yürütdüyü çevik, qətiyyətli diplomatiya nəticəsində beynəlxalq aləmdə çox mürəkkəb olan belə bir münaqişənin sülh yolu ilə həlli istiqamətində müsbət nəticələr əldə edildi. Dövlət başçımız göstərdi ki, istək olarsa, ən mürəkkəb münaqişələrin belə sülh yolu ilə həlli mümkündür və bunu bacarmaqla Cənubi Qafqazda sülhün memarı olduğunu dünyaya sübut etdi. Bu hadisə dünyaya bir nümunə olacaq və ciddi siyasi və beyin mərkəzləri tərəfindən öyrəniləcək”.

O əlavə edib ki, Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi reallıqların başlanğıcı qoyulmuş oldu. “Yeni geosiyasi reallıq bölgədə dayanıqlı sülhü, sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi təmin edəcək. Bu reallıq eyni zamanda Mərkəzi Avrasiyanın geniş bir coğrafiyasında yeni əməkdaşlıqlar münasibətinin yaranmasına gətirib çıxaracaq. Ən mühüm cəhəti isə Türk dünyasının siyasi, iqtisadi güc kimi ortaya çıxmasına ciddi təkan verəcək. Bir sözlə, Vaşinqton anlaşması təkcə Ermənistanla Azərbaycan üçün deyil. Eyni zamanda daha geniş coğrafiyanın inkişafı üçün yeni fürsətlər və imkanlar yaradacaq. Bu da bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik diplomatiyası nəticəsində olub. 

Bu həm cənab Prezident İlham Əliyevin dünya səviyyəli lider olması, həm də Azərbaycanın dünyada ciddi oyunçu kimi qəbul edilməsinin nümunəsidir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri