Nazir: Ağalı kəndindəki əkin modelini genişləndirməyi planlaşdırırıq
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
Dövlət və fermerlərin birgə əməkdaşlığı sayəsində Ağalı kəndi əkin məqsədli torpaq istifadəsində ilk nümunə olacaq, bu modelin işğaldan azad olunmuş ərazilərdə genişləndirilməsi planlaşdırılır.
Bunu Zəngilanda keçirilən Aqrar Biznes Festivalında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
O, qeyd edib ki, Ağalı üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu bu ilin mart ayında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə aparılıb: “Ümumilikdə kənd sakinlərindən 74 müraciət daxil olub. Onlar təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. İlk 3 kooperativlə torpaq istifadə müqavilələri imzalandı. İnanıram ki, dövlətin infrastruktur tam təşkil etdiyi, torpağı əkinə hazır vəziyyətə gətirdiyi və infrastrukturla təmin etdiyi bu ərazilərdə fermerlərimiz məhsul istehsalına yaxın gələcəkdə başlayacaqlar. Ağalıda nazirliyin elmi-tətqiqat inistutları sınaq əkini həyata keçirir. Fermerlərə müxtəlif bitki növlərinin yetişdirilməsini, məhsudarlığı göstərəcəklər”.
Nazir əlavə edib ki, 2026-cı ilin sonuna qədər dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərində 44 kəndin salınması və onların əhalisinin qaytarılması nəzərdə tutulub: “Bu kəndlərdə torpaqların fermerlərin birgə qurduqları kooperativlərə təhkim edilməsi planlaşdırılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















