Nazir: Azad edilmiş ərazilərdə 230 hektarlıq istixanaların yaradılması planlaşdırılır
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 230 hektarlıq istixanaların yaradılması planlaşdırılır.
Banco.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, daha dəyərli məhsulların istehsalı istiqamətində ölkədə istixanaların həcminin artırılması hədəf olaraq müəyyən edilib: "Söhbət sadə istixanalardan deyil, intensiv və müasir texnologiyaların tətbiq olunduğu istixanaların genişləndirilməsindən gedir. Əvvəlki təcrübədən fərqli olaraq, bu proqramda istixanaların daha çox aqrar zonalar daxilində, sənaye zonaları çərçivəsində inkişaf etdirilməsi hədəflənib. Bu istiqamətdə layihələrdən biri azad edilmiş ərazilərdə 230 hektar sahədə istixanaların vahid zonada qurulmasını nəzərdə tutur. Növbəti mərhələdə isə ölkənin digər regionlarında da istixanaların genişləndirilməsi planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 05 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















