Icma.az
close
up
RU
Nazir: Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edərək sülh və sabitliyə mühüm töhfə verib

Nazir: Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edərək sülh və sabitliyə mühüm töhfə verib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Rəqabətqabiliyyətlilik və Dayanıqlılıq: Mərkəzi Asiya və Cənubi Qafqazın Yaşıl Keçiddə Rolu” adlı panel sessiyada çıxış edib.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən, Zəngəzur dəhlizinin reallaşması ilə Orta Dəhlizin əhəmiyyətini artıran və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı gücləndirən uzaqgörən siyasətinin mühüm rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib.

“Bakı-Tbilisi-Ceyhan kəməri indiyə kimi Azərbaycandan 540 milyon ton, Mərkəzi Asiyadan isə 53 milyon ton nefti dünya bazarlarına nəql edib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəalliyətlə yeni dinamika qazanıb. Bu istiqamətdə ötən il COP zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən İcra Proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, “Transxəzər Yaşıl Enerji Dəhlizi” digər interkonnektorlarla birlikdə enerji və ekoloji təhlükəsizliklə yanaşı, rəqəmsal və nəqliyyat bağlantılarını da gücləndirərək Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji əhəmiyyətini daha da artıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri