Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur VİDEO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29 konfransı çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur.
Bunu APA-ya açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, konfransın əsas məqsədlərindən biri yeni maliyyə hədəfinin qəbul edilməsidir:
"Bu, imkan verəcək ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə əlaqədar lazımi maliyyə resurslarını təqdim etsinlər".
S.Şərifov ADB tərəfindən iqlim maliyyələşməsi ilə bağlı hazırlanmış yeni zəmanət mexanizmi barədə danışıb:
"Bu, olduqca vacib təşəbbüsdür. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində ADB tərəfindən iqlim maliyyələşməsinə ayrılan əlavə vəsaitin 11 milyard dollara qədər çatdırılması nəzərdə tutulur. Hesab edirəm ki, bu, qlobal miqyasda iqlim maliyyəsi üçün tələbata əlavə töhfə olacaq".
Qeyd edək ki, Asiya İnkişaf Bankı Bakıda keçirilən COP29 çərçivəsində özünün yeni iqlim maliyyələşdirmə mexanizmini təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















