Nazir: Gürcüstan, Azərbaycan və Ermənistan region üçün mühüm məsələləri müzakirə edə bildi
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstan, Ermənistan və Azərbaycan arasında nazir müavinləri səviyyəsində üçtərəfli format region üçün vacib olan məsələlərin müzakirəsi üçün yaxşı imkandır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib və bu, regionumuzu narahat edən məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Gürcüstanın məqsədi regionumuzda sülh və sabitliyə mümkün qədər töhfə verməkdir. Təbii ki, bu formatda hər ikisi qonşu ölkə olan Azərbaycan və Ermənistanla əlaqələr mühümdür. Bu, ilk dəfədir ki, baş verir. Üç ölkə arasında bu formatda region üçün mühüm məsələləri müzakirə edə bildik və mən ümid edirəm ki, biz gələcəkdə hər üç ölkə üçün vacib olan məsələləri müzakirə edib üzərində işləməyə davam edə biləcəyik”, - deyə Boçorişvili bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















