Icma.az
close
up
RU
Nazir helikopterlə yanğın baş verən ərazilərə baxdı VİDEO

Nazir helikopterlə yanğın baş verən ərazilərə baxdı VİDEO

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Sfera.az xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və FHN-in aidiyyəti strukturlarının rəhbərləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon prokurorları iştirak ediblər.
 

Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb.
O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.
Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub.
Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib.
 

Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.
Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Yanvar 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri