Icma.az
close
up
RU
Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycana gəlişimin xüsusi səbəbi yoxdur. Sadəcə, həm Azərbaycan, həm də “Qarabağ” üçün darıxmışdım. Ona görə də həmişə beynimdə buraya gəlmək var idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

Bu ilin avqust ayında ağır zədə alan braziliyalı yarımmüdafiəçi fürsətdən istifadə edərək həm “Qarabağ”a baş çəkmək, həm də klubun fizioterapevtinin nəzarəti altında müalicə almaq üçün ölkəmizə gəldiyini bildirib: “Eyni zamanda “Zirə”nin qonağı oldum, Rəşad Sadıqovla, digər dostlarımla görüşdüm. Bura qayıtmaq məndə çox böyük emosional hisslər yaratdı. Azərbaycanı özümə vətən kimi qəbul edirəm”.

Almeydanın sözlərinə görə, təkcə özünün deyil, bütün ailəsinin, xüsusilə də qızlarının Azərbaycanla bağlı çoxlu xatirəsi var: “Onlar burada böyüyüblər və Azərbaycanı hər zaman xatırlayırlar. Ailəmizdə demək olar ki, hər gün Azərbaycan haqqında danışırıq. Buna görə də bura qayıtmaq mənim üçün çox sentimental və xüsusi bir duyğu idi”.

O, gələcəkdə “Qarabağ”a yenidən qayıtmaq ehtimalına da münasibət bildirib. Futbolçu hazırda bu məsələ ilə bağlı heç kimlə danışmadığını və hər hansı müzakirənin aparılmadığını qeyd edib.

Riçard Almeyda “Qarabağ”ı öz ailəsi və evi hesab etdiyini vurğulayaraq, klubun ona ehtiyac duyacağı təqdirdə məmnuniyyətlə xidmət göstərməyə hazır olduğunu söyləyib: “Niyə də olmasın? Hər şey mümkündür. Öz ailənə qarşı qapılarını hər zaman açıq saxlamalısan. Nə zaman mənim xidmətimə ehtiyac duyarlarsa, sevə-sevə öz klubumda çalışaram”.

Qeyd edək ki, Riçard Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılıb və hazırda Braziliyanın “Primavera” klubunun futbolçusudur. 2012-2018, 2019 və 2021-2025-ci illərdə “Qarabağ”da çıxış edtmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 376 matçda 64 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri