Icma.az
close
up
RU
Nazir iki direktor təyin etdi

Nazir iki direktor təyin etdi

Azərbaycanda iki məktəbə direktor təyin edilib.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ülkər Rüstəm qızı Əliyeva Yevlax şəhər 6 nömrəli tam orta məktəbə, Lalə Məhəmməd qızı Məmmədova isə Yevlax rayon Salahlı kənd tam orta məktəbinə direktor təyin olunublar.

Onlar direktorların işə qəbulu müsabiqəsinin test və müsahibə mərhələsini uğurla tamamlayaraq bu vəzifələrə təyinat alıblar.//Modern.az

seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri