Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanın əhəmiyyətli qaz ehtiyatları var və ölkə "mavi" yanacağın ixracını artırmağa hazırdır".
"APA Economics" xəbər verir ki, bunu ADA Unviersitetində keçirilən "Innovative Pathways to a Greener Future: Renewable Energy and Emission Reduction" tədbirində energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa və dünya bazarlarına ənənəvi enerji resurslarının strateji təchizatçısı olmaqda davam edir.
Orxan Zeynalov onu da qeyd edib ki, Azərbaycan son dörd il ərzində Avropanın enerji sisteminə dəstəyini artırıb və bunu etməkdə davam edir. Lakin bu dəstəyi daha da artırmaq üçün beynəlxalq institutlar tərəfindən maliyyə dəstəyi və uzunmüddətli kontraktlar lazımdır.
"Azərbaycan böyük qaz ehtiyatlarına malikdir və biz regionun geniş enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq", - nazir müavini vurğulayıb.
O bildirib ki, eyni zamanda ölkədə “yaşıl” enerji sahəsində layihələrə fəal sərmayə qoyulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















