Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan qlobal əməkdaşlıq platformalarında lider mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan qlobal əməkdaşlıq platformalarında lider mövqeyini gücləndirir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan çoxtərəfli münasibətlər sistemində həmişə fəallığını qorumağa çalışan bir dövlətdir. Qeyd etdiyim Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyət, COP29-a ev sahibliyi və hazırda davam edən sədrliyimiz bu istiqamətdə atılan mühüm addımlardandır. Növbəti illərdə də bu mövqeyi qoruyub saxlamaq üçün bir sıra vacib hadisələrin şahidi olacağıq. Xüsusilə qeyd edilməlidir ki, gələn il Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və həmin vaxtdan etibarən iki illik müddət ərzində bu təşkilata sədrliyi həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələr zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

O əlavə edib ki, cari il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də Azərbaycanda keçirilməlidir. Gələn il üçün isə bir sıra digər mühüm beynəlxalq tədbirlər planlaşdırılır. Bunlardan biri də BMT sistemi çərçivəsində təşkil edilən irimiqyaslı tədbirlərdən sayılan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsidir. Bu qərar təxminən yeddi namizəd şəhər arasında aparılmış rəqabətli seçki nəticəsində qəbul olunub və Bakıya üstünlük verilib. Bütün bu nümunələr bir daha göstərir ki, Azərbaycan qlobal çoxtərəflilik sistemində mərkəzi rol oynamağa davam edir. Bu istiqamətdə fəaliyyət növbəti illərdə də sistemli şəkildə davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri