Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan və Özbəkistan birgə IT hab yaradılması ilə bağlı danışıqlar aparır

Nazir müavini: Azərbaycan və Özbəkistan birgə IT hab yaradılması ilə bağlı danışıqlar aparır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Azərbaycan və Özbəkistan müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Belə sahələrdən biri rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya həlləridir. Tərəfdaşlıq biometrik sistemlərin tətbiqindən və birgə IT-layihələrindən tutmuş startap ekosistemlərin və rəqəmsal infrastrukturun inkişafına qədər genişspektrli istiqamətləri əhatə edir.
Newscenter.az xəbər verir ki, Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos “Report”a müsahibəsində ikitərəfli münasibətlərin rəqəmsal sahədə mövcud vəziyyəti, həyata keçirilən layihələr və yeni texnologiyaların birgə inkişaf perspektivləri barədə danışıb.
- Azərbaycan və Özbəkistan arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın əsas istiqamətləri hansılardır?
- Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində praktiki əməkdaşlıq üçün böyük potensiala malikdir. Hazırda isə bu dialoqun konkret fəaliyyətlərə keçə biləcəyi başlıca istiqamətləri müəyyən etmək olar. Prioritet layihələrdən biri “MyID Palm” texnologiyasının tətbiqi ola bilər. Sistem ovuc damarlarının unikal nümunəsini skan etməklə onu tanıyır və ödəniş əməliyyatını həyata keçirir. Bu texnologiya artıq Özbəkistanda tətbiq olunur. Bu həll xüsusilə ictimai nəqliyyatda, tibb və təhsildə aktualdır.
Bundan əlavə, Bakıda birgə pilot layihənin işə salınması və sonradan genişləndirilməsi təklif olunur. Özbəkistan texnologiya və işlənmiş yanaşmaları təqdim etməyə hazırdır. Azərbaycan isə onu öz SIMA rəqəmsal identifikasiya və imza platforması ilə inteqrasiya etməlidir. Mühüm addım məlumatların saxlanması və qorunması məsələləri də daxil olmaqla, texniki uyğunluq üzərində birgə iş olacaq. Belə bir layihə texnoloji həllərin mübadiləsi də daxil olmaqla, daha geniş rəqəmsal əməkdaşlıq üçün əsas ola bilər.
- Rəqəmsal transformasiyanın hansı aspektlərində Özbəkistan Azərbaycanın təcrübəsindən istifadə edə bilər? Azərbaycanın hansı təşəbbüsləri Özbəkistan üçün daha maraqlıdır?
- Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır. Bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, "startup weekends" və demo günlərinin keçirilməsi üçün platforma olacaq.
“IT Park Uzbekistan”ın vençur bölməsi olan “IT Park Ventures” birgə akselerasiya proqramlarında iştirak edən startapların birgə maliyyələşdirilməsi, ixrac potensialı olan layihələrə yönəlmiş birgə investisiya alətlərinin, məsələn, birgə investisiya fondunun (co-investment fund) yaradılmasına açıqdır. Həmçinin, Azərbaycan və Özbəkistan startaplarının hər iki ölkədən və üçüncü bazarlardan investor sindikatları cəlb edə biləcəkləri beynəlxalq investisiya raundlarında iştirak məsələləri üzrə Azərbaycanın vençur fondları və institusional investorları ilə dialoqa maraq göstərilir.
- İki ölkə arasında məlumat, tədqiqat və texnoloji həllər mübadiləsi üçün vahid rəqəmsal platformanın yaradılması planlaşdırılırmı?
- Şübhəsiz, Azərbaycan və Özbəkistan arasında məlumat, tədqiqat və texnoloji həllərin mübadiləsi üçün vahid rəqəmsal platformanın yaradılması ideyası son dərəcə aktual və perspektivli görünür.
Özbəkistanda son illər ərzində dövlət idarəçiliyində sürətli rəqəmsal keçid həyata keçirilib. Rəqəmsallaşma ictimai həyatın əsas sahələrini əhatə edib. Bu gün dövlət xidmətlərinin əksəriyyəti vətəndaşlara elektron formatda təqdim olunur. Eyni zamanda, əhali tərəfindən bu xidmətlərdən istifadə səviyyəsi daim artır ki, bu da yeni rəqəmsal alətlərə olan etimaddan və onların effektivliyindən xəbər verir.
Biz rəqəmsal infrastrukturun inkişafı, elektron xidmətlərin tətbiqi, kibertəhlükəsizliyin təmin edilməsi və s. daxil olmaqla, kompleks rəqəmsal həllərin həyata keçirilməsində geniş təcrübəyə malikik. Bütün bunlar Azərbaycan tərəfi ilə dialoq və praktiki qarşılıqlı əlaqə üçün möhkəm baza yaradır.
Bununla yanaşı, həm ekspert səviyyəsində, həm də institusional səviyyədə hərtərəfli əməkdaşlığa açığıq. Təcrübə mübadiləsi, birgə elmi və texnoloji layihələr, pilot təşəbbüslər, təhsil proqramları - bütün bunlar davamlı və qarşılıqlı faydalı tərəfdaşlıq üçün əsas ola bilər.
Prioritet sahələr arasında rəqəmsal dövlət idarəçiliyi, intellektual nəqliyyat və şəhər sistemləri, kibertəhlükəsizlik, həmçinin sosial, eləcə də iqtisadi proseslərdə süni intellektin görürük. Əminik ki, birgə səylər ölkələrimizi texnoloji qarşılıqlı əlaqə və rəqəmsal inteqrasiyanın yeni səviyyəsinə çıxaracaq.
- Süni intellekt (AI), Əşyaların İnterneti (IoT) və blokçeyn kimi qabaqcıl texnologiyaların ikitərəfli əməkdaşlıq çərçivəsində tətbiqinin perspektivləri nədir? Bu texnologiyalar hansı sahələrdə daha səmərəli tətbiq oluna bilər?
- Azərbaycan və Özbəkistan iqtisadiyyatın rəqəmsallaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji inkişaf sahəsində oxşar məqsədlər güdürlər. Bu kontekstdə iki ölkə arasında əməkdaşlıq aşağıdakı istiqamətlərdə xüsusilə perspektivli ola bilər:
Süni intellekt - səhiyyə, təhsil və dövlət idarəçiliyi kimi sahələrdə tətbiq oluna bilər. Ölkələr birgə elmi-tədqiqat layihələrini həyata keçirə, böyük verilənlərin analizi və digər sahələrdə ekspertlərlə mübadilələr həyata keçirə bilərlər.
Əşyaların İnterneti (IoT) kənd təsərrüfatı, nəqliyyat, logistika və energetikada tətbiq edilə bilər. Burada əməkdaşlıq aqrar-sənaye kompleksi və sənayedə birgə layihələrin işlənib hazırlanması və tətbiqini, həmçinin "ağıllı şəhər" layihələri və mənzil-kommunal təsərrüfatının rəqəmsallaşdırılması daxil olmaqla, ağıllı infrastrukturun yaradılması üzrə təcrübə mübadiləsini əhatə edə bilər.
- Azərbaycan və Özbəkistan saxta IMEI kodları ilə mübarizədə ən çox hansı çağırışlarla üzləşirlər? Tərəflər vahid IMEI kodları bazasının yaradılması imkanını nəzərdən keçirirlərmi?
- Saxta IMEI kodları vizual olaraq və struktur baxımından orijinallarla üst-üstə düşə bilər. Bu isə standart metodlarla onları aşkar etməyi texniki cəhətdən çətinləşdirir. Bu, etibarlı verilənlər bazası və yoxlama sistemləri olmadıqda cihazların legitimliyini müəyyən etməyi xüsusilə çətinləşdirir.
Qeyd edim ki, saxta IMEI problemi transmilli xarakter daşıdığından, ölkələr arasında koordinasiyanın olmaması (məlumat mübadiləsi, uyğun standartlar və hüquqi mexanizmlər daxil olmaqla) saxtakarlıqla mübarizəni əhəmiyyətli dərəcədə çətinləşdirir.
Bundan əlavə, saxtalaşdırılmış kodları olan cihazlar çox vaxt daha ucuz olur və qeyri-qanuni bazarlarda sərbəst şəkildə əldə edilə bilir. Bu, xüsusilə daha aşağı gəlirli ölkələrdə istehlakçılara belə cihazları almaq üçün stimul yaradır və sağlam rəqəmsal bazarın formalaşmasına mane olur.
Saxta IMEI kodları ilə səmərəli mübarizə aparmaq üçün texnologiyaların təkmilləşdirilməsi, mobil operatorlar, istehsalçılar və hökumətlər arasında daha çox qarşılıqlı əlaqənin təmin edilməsi lazımdır. Mobil operatorlar (yerli filtrasiya və monitorinq üçün); istehsalçılar (cihazların sertifikatlaşdırılması üçün); dövlət orqanları (hüquqi və texniki dəstək üçün) arasında koordinasiyanın gücləndirilməsi planlaşdırılır.
Azərbaycan və Özbəkistan oğurlanmış və ya saxta cihazları izləmək və bloklamaq üçün istifadə edilə biləcək birgə verilənlər bazası yaratmağı planlaşdırırlar. Bu baza, həmçinin cinayətlərdə və ya dələduzluqda istifadə edilən cihazlar barədə məlumat mübadiləsinə imkan verəcək və itirilmiş telefonların səfirliklər vasitəsilə sahiblərinə qaytarılmasına kömək edəcək.
- Özbəkistanda fintex-startaplar ekosistemi necə inkişaf edir? Ölkədə startapların dəstəklənməsi üçün hansı mexanizmlər daha effektivdir?
- Özbəkistanda dayanıqlı startap ekosisteminin formalaşdırılması və vençur kapital bazarının genişləndirilməsi vasitəsilə xarici vençur investisiyalarının cəlb edilməsi üçün əlverişli şərait yaradılır.
Hazırda ölkənin startap ekosistemi 500-dən çox startapı əhatə edir və onların dəstəklənməsi üçün 100-dən çox tədbir təşkil edilib.
Startapların daha da inkişaf etdirilməsi çərçivəsində rəqəmsal texnologiyalar sahəsində layihələrin hərtərəfli dəstəklənməsinə yönəlmiş Rəqəmsal Startaplar Proqramı işə salınır.
Proqramın əsas elementlərindən biri beynəlxalq akselerasiya proqramlarında iştirakla bağlı xərclərin kompensasiyasıdır. Kompensasiya həmçinin sahibkarlıq bacarıqları, biznes və korporativ idarəetmə təlimlərinə də şamil edilir.
Bundan əlavə, proqram çərçivəsində inkubasiya və akselerasiya proqramlarının iştirakçıları üçün mentor və təlimçilərin cəlb edilməsi ilə bağlı xərclərin kompensasiyana kömək edəcək startap studiyaları yaradılacaq. Dəstəyin mühüm bir hissəsi startaplara vençur investisiyaları və girov təminatı olmadan kreditlər təqdim edən Vençur Fondunun fəaliyyətidir.
Bu dövlət dəstəyi tədbirləri vençur investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artırılmasına yönəlib. Bu göstərici isə 2030-cu ilə qədər 1 milyard dollara çatacaq və öz növbəsində Özbəkistanın innovasiya ekosisteminin inkişafına, iqtisadi artımına və qlobal texnologiya startapları bazarında mövqeyinin güclənməsinə töhfə verəcək.
- Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaq mümkündürmü?
- Bu gün “IT Park” rezidentləri arasında Azərbaycan kapitallı 6 şirkət (PUSH30, SOFTGILE, FINANCIAL CHAIN CORPORATION və s.) mövcuddur. Bu müəssisələrdə 115 nəfər çalışır və 2024-cü ilin yekunlarına görə, bu müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 51,3 milyard sum təşkil edib.
Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaqla bağlı yüksək potensial mövcuddur. İnformasiya texnologiyaları sahəsində səylərin birləşdirilməsi sərhədlərarası rəqəmsal ticarəti sadələşdirməyə, həmçinin startapların genişləndirilməsi və innovativ həllərin tətbiqi üçün əlverişli şərait yaratmağa imkan verəcək.
Belə bir təşəbbüsün həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Buraya rəqəmsal əməkdaşlıq haqqında ikitərəfli sazişin imzalanması, texniki və normativ aspektlərin razılaşdırılmasına dair işçi qrupun yaradılması, pilot rəqəmsal layihələrin (elektron sənəd dövriyyəsi platforması, təhsil portalları və s.) işə salınması, həmçinin rəqəmsal infrastrukturun inkişafı daxildir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Avqust 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri