Qırğızıstan Özbəkistan Türkmənistan Azərbaycan Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir Nazir müavini
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bu gün Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Avropa İttifaqı (Aİ) nəqliyyat dəhlizi tam fəaliyyət göstərir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Beknazar Bazaraliyev bildirib.
Onun sözlərinə görə, yerli yük daşıyıcıları malların Avropaya çatdırılması üçün artıq bu marşrutdan istifadə edirlər.
"Yük daşıyıcılarımız mallarını Avropaya aşağıdakı marşrutla çatdırırlar: Qırğızıstandan Özbəkistana, sonra Türkmənistana, daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana və nəhayət Avropaya. Bu gün biz Şimal-Cənub yolunun istismara verilməsi prosesinin astanasındayıq ki, bu da nəqliyyat dəhlizi üçün yaxşı perspektivlər açır", - o bildirib.
Bu nəqliyyat dəhlizi malların Qırğızıstandan Türkmənistana, "Türkmənbaşı" limanına, daha sonra isə növbəti mərhələdə Xəzər dənizi vasitəsilə Avropaya və ya Həştərxana (Rusiya) nəqli üçün "Ələt" limanına (Azərbaycan) daşınmasına imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















