Nazir müavini: Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 dekabr, AZƏRTAC
“Bu gün biz bura dövlətimizə və tariximizə çox önəmli bir məqsəd üçün toplaşmışıq. Bu günədək “Azərpoçt” bir sıra tarixi, vacib məzmunlu markalar dövriyyəyə buraxıb. Bu markalar böyük əhəmiyyət kəsb edir. Bu markalar təbliğat üçün vacib vasitədir. Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik”.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimində deyib.
“Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Markalar da bir sübutdur. Həmçinin tarixi sənədlər, arxiv materialları dəfələrlə bu sübutları dünya ictimaiyyətinə təqdim edib. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - deyə nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















